AZ

Kotsoyev uduzdu, Şükürov bürüncə doğru - DÇ

Düşənbədə (Tacikistan) gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, yarışın üçüncü günündə ölkəmizin 3 idmançısı mübarizəyə qoşulub.

81 kq
Süleyman Şükürov çıxışına ikinci mərhələdən başlayıb və Mixaylo Siminə (Serbiya) qalib gəlib. Daha sonra o, Senq-Min Kimi (Koreya) məğlub edərək 1/4 finala yüksəlib. Şükürov ardınca Coşua De Lanq (Niderland) ilə üz-üzə gəlib və məğlubiyyətə üzülüb. Cüdoçumuz bürünc medal uğrunda tacikistanlı Muhammad Yusufzoda ilə güləşəcək.

90 kq
Aslan Kotsoyev yarışa Amir Çopan (İran) üzərində qələbə ilə başlayıb, daha sonra Şahzod Şaripov (Özbəkistan) və Markos Martinez Koini (İspaniya) məğlub edərək 1/4 finala çıxıb. Kotsoyev uğurlu seriyanın davamını gətirə bilməyib. O, 1/4 finalda Komei Kavabataya (Yaponiya), təsəlliverici görüşdə Anri Ovusuya (İtaliya) uduzub.

Tuncay Şamil ikinci mərhələdən mübarizəyə başlayıb və Yeqor Malkinə (IJF) məğlub olub.

Qeyd edək ki, dünya çempionatının iki günündən sonra yığmamızın hesabında medal yoxdu. Nizami İmranov (60 kq) və Aydan Vəliyeva (52 kq) bürünc uğrunda görüşlərdə məğlub olublar.

Seçilən
11
football-plus.az

1Mənbələr