AZ

“Anderlext”in 8 azarkeşi Avroliqa matçından sonra həbsə alındı

“Anderlext”in 8 azarkeşi “Real Sosyedad”la Avropa Liqasının səfər oyunundan (2:1) sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Arena.az bu barədə Basklar ölkəsinin təhlükəsizlik departamentinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, azarkeşlərdən birinin saxlanmasına səbəb hökumət rəsmilərinə hücum olub. Digəri ictimai asayişi pozmaqda ittiham edilib. Üçüncü azarkeş isə zərər vurduğu və təhlükəsizlik xidmətlərinə müqavimət gösrərdiyi üçün saxlanılıb. Belçika nəhəngini daha 5 azarkeşi müxtəlif qanun pozuntularına yol verdiyi üçün həbsə alınıb. Ümumilikdə “Anderlext”in 8 azarkeşi təcridxanaya yerləşdirilib.

Vurğulanır ki, oyun zamanı “Anderlext” azarkeşləri “Real Sosyedad” azarkeşlərinin üzərinə müxtəlif əşyalar – xüsusən də stadionun oturacaqlarını qopararaq, bu parçaları atıblar.

2 turdan sonra “Anderlext” Avropa Liqasının ümumi mərhələsinin yarış cədvəlində 6 xalla 5-ci pillədə qərarlaşıb. “Real Sosyedad” isə 1 xalla 24-cü pillədədir.

Seçilən
3
arena.az

1Mənbələr