AZ

Litva parlamenti SEPAH-ı terror təşkilatı elan etdi

Litva parlamenti İran İslam İnqilabı Keşikçilərini (SEPAH) terror təşkilatı elan edib.

Bu barədə beynəlxalq media məlumat yayıb.

Litva parlamentinin 60 üzvü SEPAH-ın terror təşkilatı elan edilməsinə səs verib, əleyhinə səs verən olmayıb.

"SEPAH terror təşkilatıdır və onun fəaliyyəti beynəlxalq sülh və sabitliyə təhlükədir",- Litva parlamenti bildirib.

Bununla yanaşı Litva parıamentinin qətnaməsində İranın İsrailə qarşı hücumu pislənilib.

İranda insan haqlarının da durumuna toxunulan qətnamədə repressiyaların artdığı bildirilib.

Bununla yanaşıqeyd edilib ki, İran və Rusiya hökumətlər xarici vətəndaşları girov götürərək onlardan özlərinin siyas məqsəd və tələblərinin təmini istiqamətində istifadə edirlər.

visiontv.az



phrase_var_article.chosen
66
4
visiontv.az

4phrase_var_article.sources