AZ

Azərbaycan-Qərb münasibətlərində enerji diplomatiyasının təsiri gücü

Image

Enerji resursları qlobal geosiyasətdə ölkələrin iqtisadi və siyasi qüdrətinin əsasını təşkil edir.Azərbaycan enerji resurslarının  Qərbdə o cümlədən ABŞ və Avropa kimi Qərb ölkələrində strateji maraq obyektinə çevrilmişdir.Eyni zamanda Azərbaycanın enerji diplomatiyasının oynadığı mühüm rolu və həyata keçirilən layihələr ,  iqtisadi bazarın inkişafina gətirib çıxarır.Azərbaycan zəngin neft və təbii qaz ehtiyatları ilə beynəlxalq enerji bazarında mühüm yerlərə sahibdir. Bakı-Tiblisi-Ceyhan və Cənubi Qaz Dəhlizi kimi layihələr, Azərbaycanın Qərb ilə əlaqələrini gücləndirərək  həm xarici bazar sferasında həm də, enerji təhlükəsizliyini təmin edilməsi baxımdan əlverişli strategiyadır.

Azərbaycan enerji resursları ilə zəngin ölkədir.Bu enerji resursları 2 yolla təmin edilir. Bunlardan biri Bərpa olunmayan enerji və Bərpa olunan enerji resursları. Bildiyimiz kimi Azərbaycan Neft və təbii qaz ehtiyyatı ilə zəngin ölkələrdən biridir. Azərbaycan enerji resurslarının təmin edilməsində 90% təbii Qaz,6,7% Neft,geri qalan faizini isə Bərpa olunan enerji mənbələri təşkil edir yəni 3,4% .Bu zaman ortaya belə bir sual çıxır ki niyə neft enerji resurslarının sadəcə 6,7% təşkil edir.Çünkü Azərbaycan neft ehtiyatlarını əsasən xarici bazarlara ixrac etmək üçün istifadə edir.Neftin dünya bazarında yüksək təlabatı və qiyməti var, buna görə də Azərbaycan Respublikası nefti daxili istehlak üçün deyil, ixrac üçün saxlamağa üstünlük verir.Bu,ölkəyə xarici valyuta qazandırır və iqtisadi inkişafına töhfə verir. Təbii qaz, Azərbaycan elektrik enerjisi istehsalında əsas enerji mənbəyi kimi istifadə edilir. Ölkədəki istilik elektrik stansiyalarının çoxu təbii qazla işləyir. Təbii qaz daha təmiz və daha iqtisadi yanacaq mənbəyi olduğu üçün elektrik enerjisi istehsalı baxımından üstünlük təşkil edir. Neft isə elektrik enerjisi istehsalında daha az səmərəli və baha başa gəlir17 dekabr 2022-ci ildə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan arasında mühüm enerji müqaviləsi imzalanıb. Bu saziş, dörd ölkə arasında enerji əməkdaşlığını gücləndirərək, Xəzər regionundan Avropaya yaşıl enerji ötürülməsini hədəfləyən genişmiqyaslı bir layihənin təməlini qoyub.BTE qaz boru kəməri Azərbaycanın qazını Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çatdırır. Bu kəmər regiondakı qaz nəqliyyatının diversifikasiyası baxımından əhəmiyyətlidir. 

Mənim fikrimcə, gələcəkdə, Azərbaycan Bərpa olunan enrji resurslarına daha çox yönəlib inkişaf etdirə bilər, bu inkişaf sayəsində Azərbaycan dövləri həm iqtisadiyyatını həmdə xarici bazardakı yerini möhkəmə al bilər. Bildiyimiz kimi Bərpa olunmayan enerji resursları məhdud miqdarda mövcuddur və zaman keçdikcə tükənir.Bu resurslara neft,təbii qaz,kömür,nüvə yanacağı daxildir . Bu saydığımız enerji resursları  ekologiyaya mənfi təsir göstərir.Yüksək karbon emissiyası səbəbindən ekoloji problemlərə səbəb olur. Bərpa olunan enerji resursları təbiiətdən davamlı təmin edildiyi üçün zaman keçdikcə tükənmir.Bərpa olunan enerji ekoloji cəhətdən təmizdir.Bu səbəbdən mənim fikrimcə daha çox inkişaf etdirilməlidir. Bərpa olunmayan enerji resurslarına qoyulan investisiyanın bir hissəsini Bərpa olunan enerji resurslarına qoyulsa inkişafı artar.

Nəticə etibari ilə enerji resursları, iqtisadiyyatın və cəmiyyətin fəaliyyətinin təmin olunması üçün həyati əhəmiyyət daşıyır. Bərpa olunmayan enerji resursları ənənəvi olaraq əsas enerji mənbələri olsa da, bərpa olunan enerji resursları ekoloji səbəblərə və enerji təhlükəsizliyinə görə getdikcə daha çox əhəmiyyət qazanır. Azərbaycan enerji sektorunda bu resursların əsas hissəsini neft və təbii qazdır,Lakin bərpa olunan enerji sahəsi də inkişaf etdirilir.

Mustafayeva Aynur

Azərbaycan Universiteti, İctiamai Elmlər fakültəsi

***

İran-Ermənistan münasibətlərinin Cənubi Qafqaza təsirləri.


XX əsrin sonu – XXI əsrin əvvəlləri beynəlxalq siyasi gerçəkliyin çoxcəhətliliyi, mürəkkəbliyi və dinamikliyi ilə seçilən bir dövr olmuşdur. SSRİ-nin süqutundan sonrakı mərhələdə dünyanın aparıcı dövlətlərinin xarici siyasətində Qafqaz regionu mühüm yer tutmuşdur. Bu regionun geosiyasi və geostrateji mövqeyi diqqət mərkəzində olmuş, Qafqazın təbii sərvətlərindən istifadə etmək isə böyük və regional güc mərkəzi olan dövlətlərin kəsişən maraq nöqtəsinə çevrilmişdir.

Beynəlxalq münasibətlər sistemində XX əsrin 90-cı illərində baş verən köklü dəyişikliklər, xüsusilə, SSRİ-nin süqut etməsi “yeni dünya nizamı”nın formalaşdırılmasını zərurətə çevirdi. Cənubi Qafqaz artıq müstəqilliyini əldə etmiş üç dövlət tərəfindən idarə olunmağa başlandı. SSRİ-nin dağılması Cənubi Qafqaz ilə tarix boyu dərin bağlılığı olan İran İslam Respublikası üçün regionda yeni fürsətlər və səmərəli xarici siyasət həyata keçirməyə zəmin yaratdı.

İran İslam Respublikası yarandıqdan sonra xarici siyasət strategiyasında ən başlıca hədəflərdən biri də Qafqaz regionu ilə mühüm iqtisadi-siyasi əlaqələr qurmaq olmuşdur. Bu baxımdan Cənubi Qafqazda Ermənistanla əməkdaşlıq İran İslam Respublikası üçün ciddi əhəmiyyət daşımışdır. Ermənistanda isə xarici siyasətin formalaşmasında daxili proseslər və xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi önəmli rol oynayır. Ermənistanın regional və beynəlxalq əlaqələri də məhz bu formatda formalaşır.Ermənistanla İran arasındakı diplomatik münasibətlər və yaxınlaşma da bu müstəvidə başlamışdır.

İran İslam Respublikası Yaxın Şərqin ən önəmli aktorlarından biridir. Onun sahib olduğu enerji ehtiyatları, geostrateji mövqeyi və regionun güclü dövlətlərindən biri olmaq arzusu İranın xarici siyasət sahəsindəki fəaliyyətlərində əhəmiyyətli rol oynayır. İranın Qafqaz siyasətində mövcud olan digər təhdid isə SSRİ-nin dağılması ilə ikiqütblü dünya sisteminin dağılması və Rusiyanın ABŞ qarşısında zəifləməsi nəticəsində ABŞ-ın bu regiona müdaxilə və təsiretmə potensialının artması oldu.

Beləliklə, İran-Ermənistan münasibətlərinə nəzər saldıqda görürük ki, İranın xarici siyasət doktrinasında hakim mövqedə olan dinin bu münasibətlərdə heç bir təsiri yoxdur. İran konstitusiyasının 4-cü bəndində deyilir: “Bütün mülki, cərimə, maliyyə, iqtisadi, inzibati, mədəni, hərbi, siyasi və digər qanun və qaydalar İslam meyarlarına əsaslanmalıdır”.Lakin Ermənistanla yaradılan iqtisadi və siyasi münasibətlər bu göstəricilərə uyğun gəlmir, hətta dünyəvi dəyərlərə əsaslanan prinsipləri özündə ehtiva edir.

Ermənistan və İran İslam Respublikası Azərbaycan Respublikasına münasibətdə siyasi sahədə olduğu kimi, hidrostrategiyada da əsasən ortaq maraqlardan çıxış edir və bu zaman taktiki imkanlardan birgə istifadə edirlər. Transsərhəd su hövzələrinin birgə istismarı sahəsində bu dövlətlərin birgə fəaliyyət strategiyası Cənubi Qafqazda hidrosabitliyə xidmət etmir. Hər iki dövlət hidrosiyasətində Araz çayının su ehtiyatlarından Azərbaycan Respublikasına qarşı siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə edərək, çayın Azərbaycana aid hissəsində suyun səviyyəsinin məqsədli şəkildə azaldılmasına yönəldilmiş birgə layihələr həyata keçirməyə çalışırlar. İran İslam Respublikasının içməli su ehtiyatları yerli əhalinin tələbatını ödəmir. 2001-ci ildə ölkədə baş vermiş quraqlıq böyük su çatışmazlığı yaratdı. Bu amillə əlaqədar İranın müxtəlif bölgələrində baş qaldırmış kütləvi etirazlar və su mənbələri ətrafında lokal münaqişələr hökuməti su strategiyasını yenidən nəzərdən keçirməyə, su ehtiyatlarının daxili və xarici siyasətdə istifadə imkanlarını dəqiqləşdirməyə sövq etdi.

İran hakimiyyətinin rəsmi məlumatlarını işıqlandıran “Radiozamaneh” saytı belə bir müsahibə yayımlamışdır. Məlumata görə, 2012-ci il avqust ayının 1-də Araz çayının Ermənistana aid hissəsindən Urmiya gölünə kanal çəkmək barədə Tehran və Yerevan rəsmiləri arasında razılıq əldə olunmuşdur. Bundan başqa, İRNA informasiya agentliyi 2012-ci ilin may ayında həmin kanalın tikintisi ilə əlaqədar İranın Qərbi Azərbaycan vilayətinin rəhbərliyi və hələlik adı açıqlanmayan Türkiyə investisiya şirkəti arasında danışıqların müsbət nəticələndiyi haqqında məlumat yaymışdır.

İran İslam Respublikası da region siyasətini həmin amili nəzərə almaqla həyata keçirir, özünün Qafqazda maraqlarını reallaşdırmaq üçün Ermənistandan istifadə edir.

İki ölkə arasında münasibətləri şərtləndirən amilləri, müxtəlif xarakterli qarşılıqlı maraqları, onlara təsir edən daxili və xarici amilləri, diplomatik-siyasi münasibətlərin qurulması və inkişaf mərhələlərini, həmin münasibətlərin başlıca istiqamətlərini, regionda reallaşdırılan beynəlxalq layihələrin 8 qarşılıqlı münasibətlərə təsirini, ticarət-iqtisadi əməkdaşlığın istiqamətləri və formalarını, xüsusən enerji, turizm, elmi-texniki, mədəni, humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini, Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinə İran İslam Respublikasının münasibətini Azərbaycan, türk, ingilis, rus, fars və erməni dillərində olan mənbə və ədəbiyyatlardan geniş istifadə etməklə tədqiq etmişlər. Məsələlərin qoyuluşu, onlara yanaşma, şərh, təhlil, müqayisəli və tənqidi təhlil, çıxarılan nəticələr və aparılan ümumiləşdirmələr doğrudur. Müasir beynəlxalq münasibətlər elmində tələb olunan tədqiqatların ümummetodoloji prinsipləri və metodlarından bacarıqla istifadə etmiş, mənbələri dərindən öyrənərək sistemləşdirmiş və tənqidi təhlil etmişlər. Belə bir qənaətə gəlmişlər ki, Ermənistan böyük dövlətlər üçün müasir şəraitdə də alət rolunu oynayır. İran İslam Respublikası da region siyasətini həmin amili nəzərə almaqla həyata keçirir, özünün Qafqazda maraqlarını reallaşdırmaq üçün Ermənistandan istifadə edir.

Həsənov Nəbati

Azərbaycan Universiteti, İctiamai Elmlər fakültəsi

***

Rusiyanın Cənubi Qafqaz Siyasətində Gürcüstan Amili 


Rusiyanın Cənubi Qafqaz siyasətində , Gürcüstan,  əhəmiyyətli strateji bir amildir. Gürcüstanın, Avropa İttifaqına və NATO – ya inteqrasiya cəhdləri var . Bu da Moskva üçün bir təhlükədir . Bunun qarşısını almaq üçün  Abxaziya və Osetiyanın dəstəklənməsinə görə bir sıra tədbirlər görülürdü. Gürcüstanın coğrafi strateji mövqeyi, əsasda, nəqliyyat və enerji dəhlizləri Rusiyanın maraq dairəsindədir. Rusiya Gürcüstanın Qərblə yaxınlaşmasına maneə yaratmaq və  bununla yanaşı region üzərində öz təsirini qorumaq üçün siyasi və hərbi təsir göstərir. 1991-ci yəni, SSR-in dağılmağa başladığı ildən, Gürcüstan və Rusiya arasında münaqişələr başlayır. 2008-ci ildə Gürcüstan və Rusiya Federasiyasının dəstəklədiyi, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya və Abxaziya arasında baş verən müharibə , strateji əhəmiyyətli region olan Cənubi Qafqaz regionunda baş vermişdi.

Gürcüstan, 1991-ci ilin yəni, Gürcüstan Respublikası Sovet İttifaqının dağılmağa başladığı ilin əvvəllərindən, öz müstəqilliyini elan etmişdir. Bu zamandan etibarən Gürcüstan və keçmiş Cənubi Osetiya Muxtar Vilayəti arasında ilk müharibə başladı. Müharibənin ardınca bölgəyə gürcü, rus və osetin qoşunlarından ibarət sülhməramlı qüvvələr yerləşdirildi. Bu müharibənin ardınca isə 1992 və 1993-ci illərdə Abxaziya regionunda gürcülərlə abxaz seperatçılar arasında müharibə baş verdi. Müharibə, abxaz separatçılarının qələbsi ilə başa çatdı.Daha sonra 2000-ci ildə Rusiyada Vladimir Putin prezident seçilərək hakimiyyətə gəlir. Vladimir Putinin hakimiyyətə gəlməsinin ardınca 2003-cü ildə Gürcüstanda qərbyönümlü Qızılgül İnqilabı baş verdi. İnqilabın nəticəsində isə Gürcüstan və Rusiya arasında olan münasibətlər pisləşməyə başladı. Qızılgül İnqılabından sonra həmin il – 2003-cü ildə Gürcüstan NATO ilə diplomatik əlaqələrini gücləndirmək məqsədi üçün bir sıra tədbirlər gördü. Bu tədbirlərdə NATO-un 2008-ci ilin aprelində baş tutan Buxarest sammitində müsbət qarşılanaraq dəstəkləndi. Bu da Gürcüstan və NATO arasındakı əlaqənin gücləndiyinin göstəricisidir. Rusiya və Gürcüstan arasındakı diplomatik əlaqələr 2008-ci ilin aperlindən başlayaraq yenə pisləşir və nəticədə diplomatik böhran baş verir. Həmin ilin, yəni 2008-ci ilin avqustun 7-də başlamış Gürcüstan və Rusiya arasıdakı münaqişə, digərinə görə daha zəif və kiçik ölkə olan Gürcüstan üçün fəlakətlə nəticələndi. Rusiya suveren dövlətin sərhədlərini pozaraq, separatçı Cənubi Osetiyada ələqaələrini gücləndirmək məqsədi ilə buranın müdafiəsində durur. Rusiya həm C.Osetiya, həm də Abxaziyanın müstəqilliklərini tanımaqla yanaşı bu bölgələrin bir gün Gürcüstana qaytarılması ilə bağlı düşüncələrdə şübhə yaratdı. Bu da Gürcüstanın beynəlxalq sferada daha çox tanınması ambisiyalarını zəiflətdi. 2008-ci ilin 8 avqustunda Rusiya və Gürcüstan arasında 5 günlük müharibə baş verdi. Bu müharibə Cənubi Qafqazda baş vermişdir.  Burada baş verməsinin səbəbləri C.Qafqaz strateji coğrafi mövqeyi güclü idi. Bundan başqa C.Qafqazın nəqliyyat və enerji dəhlizləri Gürcüstanda yerləşir. Bu da Rusiyanın həmin bölgələrdə nəzarətinin artamına səy göstərməsinə gətirib çıxarır.

Hesab edirəm ki,  Rusiya Federasiyası və Gürcüstan Respublikası arasında gedən gərgin diplomatik münaqişələr öz həlli yolunu tapa bilər. Abxaziya və Cənubi Osetiya, Gürcüstan ərazisində yerləşərək Rusiyanın tərkibi altında olmasına baxmayaraq , bu 2 dövlət yəni Gürcüstan və Rusiya arasında əlaqələrin dialoq yolu ilə normallaşması daha məqsədə uyğun görülür. Bu nəzəriyyəni(əlaqələrin dialoq yolu ilə normallaşması) Avropa İttiaqının(AI) Cənubi Qafqaz üzrə xüsusi nümayındəsi Piter Semnebi də bildirmişdir. Təbiki hal-hazırda Rusiya və Gürcüstan münasibətləri 15 il öncəyə nisbətən daha normaldır. Bu da gələcəkdə diplomatik əlaqələrin daha da yaxşıya doğru gedəcəyinə ehtimal verir. 

Nəticə etibarı ilə, Rusiya və Gürcüstan arasənda baş verən diplomatik gərginlik müharibə yox, dialoq, sülh yolu ilə normallaşma ehtimalı sərhəd ərazilərdə əmin- amanlığın qorunmasına və gələcək əlaqələrin daha da yaxşılaşacağına yol aça bilər.

Rəhimə Rəhimova

Azərbaycan Universiteti, İctiamai Elmlər fakültəsi

****

Azərbaycanın xarici siyasətində Orta Asiyanın yeri və rolu


Müstəqil Azərbaycan respublikasının xarici siyasəti özünün ən yüksək zirvəsinə ulu öndər Heydər Əliyev və cənab prezident İlham Əliyev sayəsində çatmışdır. Şanlı zəfərimizdən sonra bizimlə əməkdaşlıq etmək üçün səy göstərən və sayı gündən-günə artan dövlət və təşkilatlara nəzər saldıqda, xarici siyasətimizin nə dərəcədə güclü və effektiv olduğunu kifayət qədər rahatlıqla görə bilərik. Azərbaycanın xarici siyasəti üçün ən önəmli mövzulardan biri də Orta Asiyadır. Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Qazaxıstanla bir çox müstəvidə əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycan respublikası ardıcıl və tutarlı addımlar atır.Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün genişləndirilir. Bu münasibətlərdəki digər rol isə, Azərbaycanın Özbəkistanda olan güclü təşkilatlanan diasporudur.11 mart 2017-ci ildə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanmışdır. Bu addımların atılması bu gün və gələcəyə öz töhfəsini verməyə davam edir. Misal olaraq daha nə qədər təşəbbüsü göstərə bilərik.

Orta Asiyanın ixracatı və aldığı böyük həcmli məhsullar Xəzər dənizi marşrutunu onun üçün kifayət qədər ciddi zəruri məsələyə çevirir.Mədəni, iqtisadi bağlantıdan əlavə, coğrafi bağlantının da inkişaf etdiyini Şərqi Zəngəzurun azad edilməsi ilə görə bilərik. Zəngəzur dəhlizinin açılmasının qeyd olunduğu 10 noyabr 2020-ci il bəyanatı Orta Asiya və Türk dünyası ilə Azərbaycan arasındakı əlaqələr üçün yeni bir mərhələ kimi dəyərləndirilə bilər. Azərbaycan tranzit imkanlarının artması, ticarət yollarının genişləndirilərək əməkdaşlığın çoxşaxəli olması üçün tutarlı addımlar atır. Ələt Dəniz Ticarət Limanının təsis edilməsi, Xəzər dənizində ən böyük ticarət donanmasına sahiblik, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi və bu kimi digər təşəbbüslər Azərbaycanı Avropa ilə Asiyanın mühüm qovşaq nöqtəsinə çevirib. Bu imkanlar Orta Asiya ilə bərabər, qardaş Türk dövlətlərinin də inkişafına müsbət təsirini göstərmədən ötüşməz.

Son zamanlarda prezidentin ardıcıl səfərləri Azərbaycan və Orta Asiyanın yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üçün Şuşa ilə Türkistan, Lənkəranla Özbəkistanın Buxara, Gəncə ilə Tacikistanın Düşənbə , Sumqayıtla Qazaxıstanın Aktau qardaş şəhərləri qardaş şəhər statusları qazanıb. Bu yaxınlaşma təhsil, iqtisadiyyat, siyasət, mədəniyyət və s. sahələrdə inkişafa müsbət təsir göstərir. Hesab edirəm ki, əksər dövləti ilə qan bağımız, mədəniyyət və dil bənzərliyimiz olan Orta Asiya ilə əlaqələri daha çox artırmalıyıq. Bu əlaqələr nə qədər çoxşaxəli olmağa davam edərsə, bir o qədər də özüylə bərabər hər iki tərəfə mənfəət gətirər.

Bütün bu və digər nüansları nəzərə alaraq demək olar ki, Orta Asiya ilə Azərbaycan münasibətlərinin daha da genişləndirilməsi, var olan bağların möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi gözlənilə bilər. Bu Türk dünyasının birləşməsi üçün də mühüm addımlardandır.

  Şahverdiyeva Elanə Mayis qızı 

Azərbaycan Universiteti, İctiamai Elmlər fakültəsi






Seçilən
5
baki-xeber.com

1Mənbələr