AZ

Putinin ad gününü necə qeyd edəcək? - AÇIQLAMA

"Rusiya Prezidenti Vladimir Putin ad gününü oktyabrın 7-də iş yerində keçirəcək".   Manset.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. "Orada xüsusi bayram olmayacaq. Rusiya Federasiyasının Prezidenti günün birinci yarısında qapalı, qeyri-ictimai görüşlər keçirəcək. Oktyabrın 7-də axşam saatlarında MDB dövlət başçıları prezidentin yanında olacaq", - Peskov bildirib. Rusiya prezidenti vəzifədə olduğu illərin çoxunu ad gününü iş yerində qeyd etməklə keçirib. Dövlət başçısı həm beynəlxalq, həm də daxili məsələlərlə - işgüzar tədbirlərin, görüşlərin keçirilməsi ilə məşğul olub. Son illərdə öz ad günündə Putin MDB çərçivəsində gündəm məsələləri ilə məşğul olur. O, 2022-ci ildə oktyabrın 7-də Birlik sammiti keçirilib. 2023-cü ildə isə Rusiya prezidenti Qazaxıstan və Özbəkistan liderləri ilə enerji təchizatı məsələlərini müzakirə edib.      Fidan Əliyeva

Manşet.az

Seçilən
5
1
manset.az

2Mənbələr