AZ

Ukrayna ordusunun Kurskdakı itkiləri 20 mini keçib

Ukrayna ordusu son sutka ərzində Kursk vilayətində 350-dən çox hərbçisini itirib.

Missiya.Az ”TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bununla da Ukraynanın Kursk istiqamətindəki itkilərinin sayı 20 min 200 nəfəri ötüb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı qüvvələrinin bölgədə 135 tankı, 66 piyada döyüş maşını, 98 zirehli transportyori və 870 zirehli döyüş maşını məhv edilib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
6
missiya.az

1Mənbələr