AZ

"Gürcüstan Avropa Birliyinə üzv ola bilməz" - Səfir



Avropa İttifaqı Aİ-yə qoşulmağa hazır olan hakimiyyətlərlə işləməyə hazırdır.

aia.az xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

"Gürcüstan müxalifətin qadağan olunduğu, siyasi cəmiyyətin işləmək üçün xaricə getməli olacağı birpartiyalı dövlətə çevrilərsə, əsas insan haqları, o cümlədən azlıqların hüquqları qorunmasa, Gürcüstan bu gün yox, sabah yox, o biri gün də Avropa Birliyinə üzv ola bilməz... Əgər hər hansı hökumət Gürcüstanın Avropa İttifaqına daxil olmasında maraqlıdırsa, biz gürcü xalqının demokratik yolla seçdiyi istənilən hökumətlə işləməyə hazırıq", - səfir bildirib.

aia.az



phrase_var_article.chosen
59
1
aia.az

2phrase_var_article.sources