AZ

Dünyanın səyahət üçün ən ucuz və ən bahalı ölkələri...

Laos dünyanın ən ucuz ölkəsi, Barbados isə ən bahalı ölkə kimi tanınıb.

QHT.az xəbər verir ki, məsələnin qiyməti çox vaxt dünyanı səyahət etmək istəyən bir çox insanın yolunda əsas maneəyə çevrilir. Buna görə turistlər daha çox büdcəyə uyğun istiqamətlər seçmək də daxil olmaqla, tətildə pula qənaət etmək yollarını tapmaqda çətinlik çəkirlər.

HelloSafe sığorta xidməti  son araşdırmasında  dünyada tətilin ən ucuz olduğu ölkələri müəyyənləşdirib. Reytinqin ilk pilləsində Cənub-Şərqi Asiyanın Hind-Çini yarımadasında yerləşən, turistlərə bir günün orta hesabla 10 funt sterlinqə (təxminən 12 avro) başa gəldiyi əsrarəngiz Laos gəlir. Bu məbləğə yaşayış, yemək və nəqliyyat daxildir. Ondan sonra orta gündəlik xərci 15 funt-sterlinq (təxminən 18 avro) olan Qazaxıstan və 16 funt sterlinqlə (təxminən 19 avro) Ruanda gəlir.

 

2024-cü ildə dünyanın ən ucuz 5 ölkəsi

  1. Laos (orta gündəlik xərc £10)
  2. Qazaxıstan (£15)
  3. Ruanda (£16)
  4. Qana (£16)
  5. Monqolustan (£18)

 

2024-cü ildə dünyanın ən bahalı 5 ölkəsi

  1. Barbados (orta gündəlik xərc £261)
  2. Antiqua və Barbuda (£244)
  3. Sent Kitts və Nevis (£215)
  4. Maldiv adaları (£207)
  5. Qrenada (£205)

 

Pərvanə Fərhadqızı

Seçilən
21
qht.az

1Mənbələr