AZ

Kəndlərdə adambaşına düşən gəlir 17 manat artıb - YENİ RƏQƏMLƏR

Ötən il kəndlərdə adambaşına düşən gəlir 329,82 manat təşkil edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə bu ötən ilin eyni dövrü ilə müqayisədə 17,09 manat və ya 5,5% çoxdur.

Bundan əlavə ödənişli işlərdə adambaşına düşən gəlirin məbləği 4,63 manat və ya 5,5% artaraq 88,67 manata yüksəlib. Özünəməşğulluqdan gəlirlər isə 8.24 manat (6%) artaraq 145,35 manata yüksəlib.

Bunun da 72,07 manatını kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər təşkil dib ki, bu da illik 2,92 manat və ya 4,2% çoxdur.

Mülkiyyətdən adambaşında düşən gəlirlər cəmi 83 qəpik təşkil edib (illik 2 qəpik və ya 2,5% çox).

Ondan əmlakın icarəyə verilməsindən gəlirlər adambaşına 59 qəpik düşüb.

Alınmış cari transferlər üzrə gəlirlər 64,12 manat təşkil edib ki, bu da son bir ildə 3,63 manat və ya 6% artım deməkdir. Bunun da 50,79 manatı pensiyalar (3.29 manat və ya 6,9% artım), 12,68 manatı isə müavinət, təqaüd və digər sosial ödənişlərdir (026 manat və ya 2,1% artım).

Seçilən
16
fed.az

1Mənbələr