“Neftçi” səfər oyunlarındakı qol həsrətinə son qoyub.
İdman.biz xəbər verir ki, Bakı klubu Misli Premyer Liqasının IX turunun “Kəpəz”lə səfər matçında fərqlənib.
Hazırda Tovuzda davam edən qarşılaşmanın 4-cü dəqiqəsində Ervin Koffi Gəncə təmsilçisinin qapısına yol tapıb. “Ağ-qaralar” 41 gündən sonra rəqib meydanında qol sevinci yaşayıb.
Sonuncu belə uğur avqustun 24-də “Araz-Naxçıvan”la görüşdə (1:1) qeydə alınmışdı. Onda Ramil Şeydayev adını tabloya yazdırmışdı.
Sonrakı üç səfərdə isə bakılılar qolsuz qalıblar. “Şamaxı” (0:0), “Zirə” (0:2) və “Qarabağ”la (0:4) oyunlar qonaqlar üçün uğursuz olub.
Qeyd edək ki, hazırda “Neftçi” “Kəpəz”lə görüşdə 1:0 hesabı ilə öndədir.
İdman.biz