AZ

Yığmamız İngiltərəyə qalib gəlib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız İspaniyanın Kadiz şəhərində İngiltərə yığması ilə qarşılaşıb.

Görüş komandamızın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Sabir Allahquliyev (2), Orxan Məmmədov və Amid Nəzərov vurublar.

Qeyd edək ki, A qrupunda yer alan komandamız oktyabrın 5-də Gürcüstan (14:45), 7-də isə İspaniya (20:00) ilə üz-üzə gələcək.

İdman.biz

Seçilən
15
1
idman.biz

3Mənbələr