AZ

Vəziyyətinin ağır olmasına baxmayaraq, A.Sadıqov xəstəxanaya yerləşdirilməkdən imtina edir

Gürcüstanda istintaq təcridxanasında aclıq aksiyası keçirən Azərbaycanın Azel.Tv saytının rəhbəri Əfqan Sadıqovun səhhətinin vəziyyəti gündən günə pisləşir.

İki həftəlik aclıq aksiyası ərzində onun çəkisi 91 kq-dan 76 kq-dək azalıb. Bu barədə Turana onun  həyat yoldaşı Sevinc Sadıqova jurnalistlə oktyabrın 4-də istintaq təcridxanasında görüşdükdən sonra bildirib Turan-a bildirib.

O qeyd edib ki, Ə.Sadıqov çox halsız və zəif görünürdü.

“Əfqan o qədər zəifləyib ki, istintaq təcridxanasının əməkdaşı onu qoluna girərək görüşə gətirib. Əfqanın üzünün rəngi qaralmışdır”, - deyə S.Sadıqova bildirib.

Eyni zamanda, Ə.Sadıqov xəstəxanaya yerləşdirilrməkdən imtina edib.

“Əfqan deyir ki, o, xəstəxanaya getməti  mənasız sayır. O deyir ki, sistem altında dərmanların vurulmasını istəmir. Deyir ki,  bu onun əzablarını daha da uzadacaq”, - S.Sadıqova davam edib.

O bildirib ki, ərindən aclığı dayandırmasını istəyib, amma jurnalist yolundan dönməyib.

* Əfqan Sadıqov təqib olunmaqdan ehtiyat edərək 2023-cü ilin dekabrında ailəsilə birlikdə Gürcüstana gedib. İyulda onu Gürcüstandan Türkiyəyə buraxmayıblar, deyiblər ki, ancaq Azərbaycana gedə bilər.

Avqustda Azərbaycanın tələbilə həbs edilib. Bakıda onu hədə qorxu ilə tələb etməkdə ittiham edirlər və ekstradisiyasını istəyirlər. Əfqan Sadıqov Gürcüstanda həbsinə və ona sığınacaq verməkdən imtina olunmasına etiraz edərək sentyabrın 21-dən aclıq edir.

 

Seçilən
11
turan.az

1Mənbələr