AZ

Belçika millisinin ulduzları Millətlər Liqasında oynamaqdan imtina ETDİLƏR

Belçika millisi Millətlər Liqası matçlarında Kevin De Bröyne və Romelu Lukakuya arxalana bilməyəcək.

"Unikal" fanat-a istinadən xəbər verir ki, bu barədə belçikalıların baş məşqçisi Domeniko Tedesko bildirib. 

O, "Voetbalkrant"-a deyib ki, futbolçular işlərinin çox olması səbəbindən bu turnirdə oynamaqdan imtina ediblər: 

"De Bröyne Millətlər Liqasında daha oynamaq istəmədiyini bildirdi. Ona görə də noyabrda yığmada olmayacaq. Biz hər şeyi başa düşürük, çünki onun oynamalı olacağı bütün matçları izləyirik. Böyük ulduzların iş yükü inanılmazdır. Yeni Klublararası Dünya Çempionatı ilə birlikdə onlar 70 oyun keçirməli olacaqlar. Amma De Bröyne məni dünya çempionatına vəsiqə qazanmaq üçün bizimlə birlikdə olacağına inandırdı. 
Lukaku da oxşar vəziyyətlə üzləşib. O, "Napoli" ilə məşq etmək üçün daha çox vaxt istədi. Onun irəliləyiş əldə etmək üçün vaxta ehtiyacı var”.

Qeyd edək ki, Belçika millisi Millətlər Liqasında oktyabrın 10-da İtaliya, 14-də isə Fransa ilə qarşılaşacaq. Noyabrda isə İtaliya ilə ev, İsrail ilə səfər oyunu olacaq.

Seçilən
100
50
unikal.az

10Mənbələr