AZ

"İnsanlar o qədər yorğun və depressiv halda olurlar ki..." — AÇIQLAMA

Ötən gün Bakı Metropolitenində baş verənlər  hər kəsin narahatlığına səbəb olub. Belə ki, bir gündə iki nəfər qatar reyslərinin altına düşüb. Onlardan biri ölüb, digəri isə xəsarət alıb. 

Əksəriyyət bu tipli hadisələrin baş verməsini metrodakı sıxlıqla, ölkədəki tıxacla əlaqələndirir. 


Məsələ ilə bağlı Demokrat.az-ın suallarını cavablandıran sosioloq Mail Yaqub bildirib ki, tıxacların çox olduğuna görə insanlar özlərini qatarın altına atırlar deməsi, doğru yanaşma deyil:

“Metrolarda nə qədər sıxlıq olsa da, bu Çindəki sıxlığa çata bilməz. Bəs, orada necə tənzimlənir? Orada ara məsafəsində  xüsusi bir maneə var. Qatar gəlib dayanan kimi, sərnişinlər minirlər. Başqa vaxtlarda isə orada divar olur. Onlar istəsələr də qatar relsinin üzərinə düşə bilməzlər. Hazırkı vəziyyəti dəyişməyin də ən yaxşı yolu Çindəki modeldir. Oraya yüz nəfər nəzarətçi  qoyulsa, heç bir nəticə verməyəcək. İnsanların diqqətsizliyi hər zaman olub, olacaq da. Onlara nə qədər desən də diqqətli ol, buna məhəl qoymayacaqlar. Çünki insanlar o qədər yorğun və depressiv halda olurlar ki, ya bir anlıq fikirlərindən çıxır ani qəza baş verir, ya da həddən artıq depressiyada olub çıxış yolunu qatarın altına atılıb ölməkdə görürlər”.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
10
demokrat.az

1Mənbələr