"Qalatasaray" yay "transfer pəncərəsi"ndə heyətinə cəlb edə bilmədiyi futbolçu üçün yenidən danışıqlara başlamaq istəyir.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Fluminense"də çıxış edən Con Ariasın keçidində israrlıdır. "Sarı-qırmızılar"ın bu keçid üçün danışıqları artıq bir dəfə uğursuzluqla nəticələnib. Anlaşmanın baş tutmamasına braziliya klubunun prezidenti Mario Bittenkourt "MagN"ə açıqlamasında aydınlıq gətirib:

"Hər kəs onun komandadan ayrılmaq istədiyini bilirdi. Lakin türklərin təklifi bizi qane etmədi. Arias ilə ilin sonuna qədər qalması şərti ətrafında razılaşdıq. Onun Avropada oynamaq istəyini yerinə yetirəcəyik. Con hədəfləri olan professional futbolçudur. Amma biz də çıxarlarımızı qorumaq məcburiyyətindəyik".

Qeyd edək ki, "aslanlar"ın dövrələrarası fasilədə oyunçunun keçidini həll etmək üçün yenidən cəhd edəcəyi gözlənilir.