AZ

Ruslar yazır ki, Uqledar sakinləri onları “sveji peraşki” ilə qarşılayıblar…

...Uqledar sakinləri Rusiya Silahlı Qüvvələrinin əsgərlərini ən son məhsullardan hazırlanmış “sveji peraşki” iləqarşılayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Komsomolskaya Pravda” yazır.

Nəşr bildirir ki, şəhər Rusiyanın nəzarətində olsa da, insanların burada normal yaşaya bilməsi üçün binaları və infrastrukturu bərpa etməli olacaq.

Hazırda bir çox evlər yaşayış üçün yararsızdır, bir çoxunun pəncərələri sındırılıb, bəzi mənzillər isə pilotsuz uçan aparatların idarə olunması qərargahına çevrilib.

Dövlət Dumasının deputatı, Tikinti və Mənzil-Kommunal Təsərrüfat Komitəsinin sədr müavini Svetlana Razvorotneva bildirib ki, Mariupolun timsalında şəhərin yenidən qurulmasında artıq müsbət təcrübə var. Onun sözlərinə görə, bir-iki ildən sonra Uqledarda normal yaşamaq mümkün olacaq.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Uqledarın təmizlənməsinin təfərrüatlarını açıqlamışdı. İdarənin məlumatına görə, sentyabrın 28-dən oktyabrın 4-dək cəmi bir həftə ərzində 83 ukraynalı əsgər döyüş bölgəsində Rusiya hərbçilərinə təslim olub.

Əli Babayev

Seçilən
7
sia.az

1Mənbələr