AZ

Donetsk vilayətində Şimali Koreya ordusunun 6 zabiti öldürülüb

Ukrayna Silahlı Qüvvələri oktyabrın 3-də Donetsk vilayətinin işğal olunmuş ərazisinə hücumu zamanı Şimali Koreya ordusunun 6 zabitini öldürüb.

Editor.az bildirir ki, bu barədə “Kyiv Post” öz kəşfiyyat mənbələrinə istinadən yazıb. “Oktyabrın 3-də Donetsk yaxınlığında Rusiyanın işğal etdiyi ərazilərə raket hücumu nəticəsində 20-dən çox hərbçi, o cümlədən rusiyalı həmkarları ilə danışıqlar aparmaq üçün gələn Şimali Koreyadan altı zabit həlak olub”, – deyə məlumatda bildirilir. Daha üç Şimali Koreya əsgərinin yaralandığı qeyd edilir.

İddia olunur ki, Ukrayna Silahlı Qüvvələrinin raket zərbəsindən əvvəl ruslar KXDR-dən olan həmkarlarına əsgərlərin hücum əməliyyatlarına hazırlığını nümayiş etdiriblər.

//Samir Qurbanov, Editor.az

 

phrase_var_article.chosen
48
editor.az

1phrase_var_article.sources