AZ

Belçikadan Yaponiyaya qədər… – Elm adamları TƏŞVİŞDƏ

Elm adamları hazırda qaynağı bəlli olmayan vəziyyətlə üz-üzədir. Belə ki, dünyanın müxtəlif yerlərində zəlzələ səsinə bənzədilən səslərin eşidildiyi bildirilir. Belçikadan Yaponiyaya qədər geniş bir ərazidə hiss edilən bu qəribə səslər silah və ya partlayış səsləri ilə qarışdırılır.

Sözügedən vəziyyətin arxasındakı həqiqətlər nədir?

Medianews.az Sfera.az-a istinadən bildirir ki, alimlər bu səs-küylü partlayışların mənşəyini müəyyən etmək üçün müxtəlif nəzəriyyələr irəli sürürlər. Düşünülür ki, bu səslər atmosferdə meteoritlərin partlaması, hərbi təlimlər, karxana partlayışları, uzaq fırtınalar və ya zəlzələlərdən yarana bilər.

İlk dəfə 1811-ci ildə ABŞ-nin Missuri ştatının Nyu-Madrid şəhərində 7,2 bal gücündə zəlzələ zamanı qeydə alınan bu səslər bölgə sakinləri tərəfindən təəccüblə qarşılanıb. Oxşar səslər 1886-cı ilin avqustunda Cənubi Karolina ştatının Çarlston şəhərində baş verən 7,3 bal gücündə zəlzələ vaxtı da eşidilib və maraqlısı odur ki, bu, hadisədən həftələr sonra da hiss olunmağa davam edib. Elm adamlarının “göy zəlzələləri” deyə adlandırdıqları hadisə “uğultu” və ya “güclü partlayışlar” kimi də təsvir edilir.

Bununla bağlı alimlər 2013-cü ildən etibarən “EarthScope Transportable Array”dən (ESTA) əldə etdikləri seysmik məlumatlardan istifadə edirlər. ESTA ABŞ-də zəlzələləri, vulkanları və sürüşmələri aşkar edən, 400-dən çox seysmik stansiyadan ibarət şəbəkədir. Beləliklə, Şimali Karolina Universitetinin “Chapel Hill” tədqiqat qrupu bu səslərin zəlzələlərdən qaynaqlandığını müəyyən etmək üçün ESTA-nın məlumatlarını müxtəlif qeydlərlə müqayisə edib. Tədqiqatçılardan biri Eli Börd, ümumiyyətlə, bunun atmosfer hadisəsi olduğuna inandıqlarını və seysmik fəaliyyətdən qaynaqlanmadığını bildirib. Elm adamlar səslərin atmosferdən yayıldığını fərz edirlər.

Dünyanın müxtəlif yerlərində oxşar səslərin eşidilməsi isə araşdırmanı beynəlxalq müstəviyə çıxarır. Alimlər bu səsləri daha əhatəli şəkildə öyrənmək üçün beynəlxalq əməkdaşlıqlar qurmağa çalışırlar. Mütəxəssislər qeyd edirlər ki, bu səslərin qaynaqlarının müəyyən edilməsi cəmiyyətlərin məlumatlandırılmasında və mümkün təhlükələrin əvvəlcədən xəbərdar edilməsində kritik əhəmiyyət kəsb edir.

Seçilən
1
6
medianews.az

7Mənbələr