AZ

Maykl Cordan üçün hazırlanmış 2 milyonluq avtomobilini nümayiş etdirdi - FOTOLAR

Maykl Cordanın avtomobil kolleksiyası yeni maraqlı superkarla tamamlanıb.

Sfera.az xəbər verir ki, ulduz basketbolçu oktyabrın əvvəlində bu avtomobili alıb.


Çıxarıla bilən damı olan “Pininfarina Battista Targamerica” elektrik avtomobili xüsusilə Maykl Cordan üçün bir nüsxədə yaradılmışdır. 1900 at gücünə malik avtomobil 2 saniyəyə yüzlərlə sürət yığa və 350 km/saata çata bilir.
 

“Pininfarina Battista Targamerica” Montereydə (ABŞ) keçirilən retro şouda təqdim olunub. Superkar Maykl Cordanın sifarişi ilə bir nüsxədə istehsal edilib. Avtomobilin dəyəri açıqlanmasa da, 2 milyon avrodan çox olduğu dəqiqdir.
 

“Targamerica” ilə standart Pininfarina Battista kupesi arasındakı əsas fərq çıxarıla bilən damdır. Bundan əlavə, elektromobil xüsusi təkərlərlə təmin olunub və kuzovu mavi zolaqlarla gümüşü rəngə boyanıb.


Daxili isə xüsusi qəhvəyi dəri ilə bəzədilib. Bundan əlavə, Maykl Cordan üçün xüsusi olaraq siqar tutacağı quraşdırılıb.


Aynil

Seçilən
22
sfera.az

1Mənbələr