AZ

Harris ABŞ-dakı müsəlman və ərəb icmalarının liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Harris

Bakı, 5 oktyabr, AZƏRTAC

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd, vitse-prezident Kamala Harris Miçiqanda Amerikanın müsəlman və ərəb icmalarının liderləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Times of Israel” Harrisin seçki qərargahına istinadla bildirib.

Nəşrin məlumatına görə, Harris onların Qəzza və Livandakı seçkilər və münaqişələrlə bağlı fikirlərini dinləyib, Qəzzada baş verən iztirabların miqyasından narahatlığını ifadə edib, həmçinin anklavda müharibəni dayandırmaq üçün göstərdiyi səylərdən danışıb.

Söhbət zamanı vitse-prezident Livanda mülki itkilərlə bağlı narahatlığını da ifadə edib.

Seçilən
21
1
azertag.az

2Mənbələr