AZ

Kurban Berdiyev seçimini etdi, “Turan Tovuz” üçün bu da dəqiqləşdi!

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq təxminən yarım aylıq fasilədə “Turan Tovuz” Bakıya gəlməyəcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Kurban Berdiyev komandasının hazırlıqlarını Gəncədə davam etdirmək istəməsi ilə bağlı klub rəhbərliyinə bildirib. Təklifə müsbət yanaşan rəhbərlik “Kəpəz” tərəfi ilə danışıqlara keçib və müsbət cavab alıb.

Beləliklə, bu gün “Sumqayıt”la matçdan sonra bir neçə günlük istirahətə buraxılacaq qərb klubu daha sonra Gəncədə toplaşacaq.

Qeyd edək ki, “Turan Tovuz” milli komandaların oyunları ilə əlaqədar sentyabrda yaranmış fasilədə də hazırlıqlarını Gəncədə davam etdirəcək.

Seçilən
9
idmanxeber.az

1Mənbələr