AZ

Avropa Birliyində Çinin elektrik avtomobillərinə 45%-ə qədər vergi təsdiqləndi

Avropa Birliyində (AB) Çin elektrikli nəqliyyat vasitələrinə vergi səsverməsi fikir ayrılıqlarının kölgəsində keçib.

Marja xəbər verir ki, Avropa Komissiyası Çindən gələn elektriklə işləyən avtomobillərə 45 faizə qədər gömrük rüsumunun tətbiqinə qərar verib.

Səsvermədə Bolqarıstan, Danimarka, Estoniya, Fransa, İrlandiya, İtaliya, Latviya, Litva, Hollandiya və Polşa verginin tətbiqinə səs verib.

Qitənin ən böyük iqtisadiyyatı olan Almaniyanın bunun əleyhinə səs verməsi diqqəti çəkib. Almaniya ilə yanaşı, Macarıstan, Malta, Slovakiya və Sloveniya da qanun layihəsinin əleyhinə səs verib.

Avstriya, Belçika, Xorvatiya, Yunan Kipr Administrasiyası, Çexiya, Finlandiya, Yunanıstan, Lüksemburq, Portuqaliya, Rumıniya, İspaniya və İsveç bitərəf qalıb.

Bu addımın Pekinlə ticarət gərginliyini artıracağı gözlənilir. 

AB-nin qərarı, Çinin öz sənayesini ədalətsiz şəkildə subsidiya etdiyini aşkar edən araşdırmadan sonra verilib.

Keçən il Avropa Birliyinin Çinlə ticarət dövriyyəsi 739 milyard avro (815 milyard dollar) məbləğində olub. 

Qanuna görə, Teslanın Çində istehsal etdiyi modellərə 7,8 faiz, BYD-nin modellərinə 17 faiz, Geely-nin modellərinə 18,8 faiz, araşdırmada əməkdaşlıq edən, lakin siyahıya alınmayan istehsalçılara 20,7 faiz, SAIC və əməkdaşlıq etməyən digər şirkətlərə 35,3% əlavə vergi tətbiq olunacaq. Bu vergi dərəcələrinin hazırkı 10 faizlik vergiyə əlavə ediləcək.

Noyabrın əvvəlində 45 faizə qədər olan vergilərin toplanmasına başlanacağı gözlənilir.

Seçilən
27
1
marja.az

2Mənbələr