İsrail daha iki hərbçisini itirdi
İsrailin şimalında pilotsuz təyyarənin hücumu nəticəsində 2 hərbçi ölüb, 24 hərbçi yaralanıb.
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qolan yüksəkliklərinin şimal hissəsindəki ordu bazasında xidmət edən “Qolani” briqadasının 13-cü batalyonunun siqnalçıları İraqdan buraxılan iki pilotsuz uçuş aparatının hücumu zamanı həlak olublar.
Ordunun mətbuat xidmətinin məlumatına görə, Yaxın Şərq münaqişəsinin yeni raundu zamanı ölən İsrail hərbçilərinin ümumi sayı 726 olub.