AZ

Vaşinqtonun absurd "tələb"ləri, maskaların düşməsi və qətiyyətli Bakı

Azərbaycan Prezidenti İlham Əliyevin 4 oktyabrda Cəbrayılsakinləri ilə görüşü zamanı ABŞ və digər Qərb ölkələrininsiyasətinə dair kəskin tənqidlər səsləndirməsi, xüsusilə, ölkəmizinərazi bütövlüyünün və suverenliyinin Qərbin razılığı olmadan bərpaedilməsinə yönəlmiş destruktiv addımlarına işarə etməsi beynəlxalqsiyasi arenada böyük rezonans doğurub.

Dövlət başçısı vurğuladı ki, Azərbaycanın bugünkü uğurları onun"xoşməramlı dostları" üçün ciddi məğlubiyyətə çevrilib.

"Bu gün anti-Azərbaycan qüvvələri üçün matəm günüdür. Necə olabilər ki, heç kimdən icazə almadan, heç kimlə məsləhətləşmədən, heçkimdən qorxmayaraq, Azərbaycan öz hüquqlarını bərpa etdi? Biz bunuöz gücümüz, övladlarımızın fədakarlığı ilə həyata keçirdik. Onlarbizə bunu bağışlaya bilmir. Bu gün ABŞ Azərbaycana qarşısanksiyalar tətbiq edir. Və sonra onlar deyir ki, gəlindostluğumuzu möhkəmləndirək. Burada hansı dostluqdan söhbət gedəbilər?", - deyə dövlət başçısı bildirdi.

Bu çıxış bir daha göstərir ki, Azərbaycan yalnız özgücünə güvənməli və Qərbin verdiyi boş vədlərə, yaltaq sözlərə vəyalançı bəyanatlara aldanmamalıdır.

Prezident İlham Əliyev ABŞ-nin 1992-ci ildə, Azərbaycantorpaqlarını itirən zaman, ölkəmizə qarşı sanksiyalar tətbiqetdiyini, lakin bu sanksiyaların yalnız 2001-ci ildə ləğvedildiyini xatırlatdı. 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbuledilən və "Azadlığı dəstəkləmə aktı"na əlavə edilən 907-ci düzəliş,Ermənistanla münaqişə səbəbindən Azərbaycana yardımı qadağan etdi.Yalnız ABŞ-nin Əfqanıstana hərbi müdaxiləsi zamanı, "terrorizməqarşı mübarizə" bəhanəsi ilə, 2001-ci ildə sanksiyalar müvəqqətiolaraq dayandırıldı.

Bu günə qədər hər il ABŞ prezidenti tərəfindən sanksiyalarındayandırılması barədə qərar verilsə də, 2023-cü ilin avqust ayınaqədər bu qərarın yenidən qüvvəyə minməsi gözlənilmirdi. PrezidentƏliyev bu ikiüzlü siyasəti belə xarakterizə etdi: "ABŞƏfqanıstanda işğalçılıq siyasətini başladıqdan sonra, biz onlaralazım idik. Onlar Əfqanıstanda olduqları müddətdə hər il ABŞprezidenti tərəfindən bu sanksiyalar ləğv edilirdi. Lakin bütündünyanın gözü qarşısında Əfqanıstandan qaçdıqdan sonra bizə qarşıyenidən sanksiyalar tətbiq olundu".

Bu açıqlamalar Amerika tərəfindən davam edən düşmənçiliksiyasətinin yalnız keçmişlə məhdudlaşmadığını, postmünaqişədövründə də davam etdiyini göstərir. Xüsusilə ABŞ Konqresinin 60pro-erməni üzvü Azərbaycanın növbəti sanksiyalarla üzləşməsi üçünABŞ hökumətinə müraciət edib. Prezident Əliyevin qeyd etdiyi kimi,bu cəhdlər Azərbaycanın iradəsini sarsıda bilməz və Azərbaycanmilli maraqlarını qorumaqdan geri çəkilməyəcək.

ABŞ Konqresinin 60 üzvü - senatorlar və nümayəndələrdən ibarətolan bir qrup - Frənk Pallone və Ed Markeyinrəhbərliyi altında BMT-nin iqlim sammiti olan COP29 ərəfəsindəAzərbaycanı "hərbi cinayətlər"də ittiham edərək, sanksiyalar tətbiqetməyə çağıran birgə məktub imzalayıblar. ABŞ Dövlət Departamentinəünvanlanan və dövlət katibi Entoni Blinkenəgöndərilən məktubda "Azərbaycanın Ermənistanın ərazilərini işğaletməsi, hərbi əsirləri ələ keçirməsi və beynəlxalq hüquqnormalarına əməl etməməsi" ilə bağlı marazmatik iddialar irəlisürülüb. Bu sərsəm ittihamlar Ermənistanın ABŞ-də güclü lobbistdəstəyi olan erməni diasporu vasitəsilə gündəmdə saxlanılır və beləməktublar siyasi məqsədlərə xidmət edir.

ABŞ Konqres üzvlərinin məktubunda vurğulandı ki, “COP29 sammitiərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevə təzyiqgöstərilməlidir”. Məqsəd Azərbaycanın guya regionda insanhüquqlarını və beynəlxalq hüquq normalarını pozduğu iddiaları iləbağlıdır. Məktubda Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarına,Laçın dəhlizinin blokadasına və 2023-cü ilin sentyabrında etnikermənilərə qarşı həyata keçirildiyi iddia edilən “etniktəmizləmə”yə xüsusi yer verilib.

Məktubun imzalanması isə, əslində, erməni lobbiçiliyi vəmilli maraqlarından daha çox şəxsi və siyasi maraqlara xidmət edənbir hərəkət olaraq qiymətləndirilə bilər.

Azərbaycanın mövqeyindən yana olan bu ittihamlar beynəlxalqhüquq prinsipləri ilə ziddiyyət təşkil edir. Rəsmi Bakı hər zamanbeynəlxalq hüququn tətbiqinə əsaslanaraq öz ərazilərini işğaldanazad etməyə çalışıb və bu prosesin hüquqi əsası mövcuddur.Azərbaycan Qarabağ regionunda həyata keçirdiyi hərbi əməliyyatlarzamanı beynəlxalq hüquqa və qanunlara sadiqliyini qoruyaraqregionda sabitlik yaratmağa yönələn addımlar atıb. Məktubda irəlisürülən iddialar isə erməni diasporunun təsir dairəsindəki Konqresüzvlərinin təzyiqləri ilə bağlıdır.

Senatorlar, həmçinin, Dövlət Departamentinə müraciət edərəkAzərbaycandan "dərhal bütün əsir götürülmüş siyasi məhbusların vəhərbi əsirlərin azad edilməsini" (!) tələb etdilər. Bu tələblərinarxasında duran səbəb isə Azərbaycanla bağlı reallıqları təhrifedən bir yanaşmanın ortaya qoyulmasıdır.

Məktub müəllifləri Azərbaycanın hərbi əməliyyatlarını "qanunsuz"hesab edirlər və onların bu mövqeyi, regionda sülhün bərqərarolunmasına zərbə vurur. Halbuki Azərbaycanın Laçın dəhlizindətətbiq etdiyi tədbirlər beynəlxalq hüququn çərçivəsindədir və onunsuveren ərazisində yerləşir.

ABŞ Konqresi daxilində erməni lobbiləri tərəfindən irəlisürülən bu iddialar, həmçinin, Azərbaycanın insan hüquqlarınıpozduğuna dair əsassız fikirlərdən ibarətdir. Amma bu məktubunmüəllifləri və onların arxasındakı lobbistlər reallıqları nəzərəalmadan, bölgədəki vəziyyətlə bağlı birtərəfli mövqedən çıxışedirlər.

Digər tərəfdən, ABŞ Nümayəndələr Palatasının üzvü, konqresmenAdam Şiff də öz növbəsində, qərəzli təkliflə çıxış edərəkAzərbaycanı ittiham edən qanun layihəsi irəli sürüb. Şiffin təklifiABŞ Konqresində erməni diasporunun maraqlarına xidmət edir vəAzərbaycanı guya "etnik təmizləmə"də ittiham edir. Bu layihəçərçivəsində "Azərbaycanın maliyyə aktivlərinin dondurulması vəonların erməni icmasına təzminat kimi verilməsi" nəzərdə tutulur.Belə sərsəm və idiotik təklif tamamilə ədalətsiz, hüquqdan kənarbir açıqlamadır.

Çünki beynəlxalq hüququn əsas prinsiplərinə ziddir və bölgədəsabitliyi təhdid edir. Şiffin bu təşəbbüsü daha çox ermənilobbisinin maraqlarına xidmət edən primitivliyi ikrah doğuransiyasi bir oyun kimi qiymətləndirilə bilər.

Adam Şiffin təklifi regionda sülhə və sabitliyə kölgə salır vəerməni icmasının maraqlarına xidmət edir. Halbuki, ErmənistanınAzərbaycan ərazisində törətdiyi hərbi cinayətlər və etnik təmizləməcəhdləri göz ardı edilir. Şiff bu təkliflə Azərbaycanı ittihamedərək, beynəlxalq səviyyədə mövcud olan reallıqları təhrif etməyəçalışır.

Bu kimi qərəzli iddialar və təkliflər ABŞ-nin beynəlxalqsəviyyədə qəbul edilmiş hüquq normalarına və prinsiplərinəhörmətsizlik nümayiş etdirir. Azərbaycan ərazilərini işğaldan azadetmək hüququna malikdir və onun Qarabağ regionunda həyata keçirdiyihərbi əməliyyatlar beynəlxalq hüquq çərçivəsindədir. Məhz bu hüquqiprinsiplərə əsaslanaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpaedib.

Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, Ermənistanın illər boyuişğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi hərbicinayətlər, xüsusilə də Xocalı faciəsi beynəlxalq səviyyədətanınmış cinayətlərdir. Lakin ABŞ Konqresi daxilində müəyyənqruplar bu reallıqları nəzərə almadan, birtərəfli mövqedən çıxışedir.

BMT-nin missiyası da 2023-cü ilin sentyabrında Qarabağ bölgəsiniziyarət edərək, Azərbaycan tərəfinin mülki əhaliyə qarşı heç birtəzyiq göstərmədiyini və hərbi əməliyyatların beynəlxalq hüquqçərçivəsində olduğunu təsdiqlədi. Bu faktlar ABŞ Konqresində irəlisürülən iddiaların əsassız olduğunu sübut edir və erməni lobbisinintəsirində olan qanunvericilərin qərəzli mövqeyini ifşa edir.

Bəhs olunan iddialar əslində, bölgədəki reallıqlarla üst-üstədüşmür və daha çox siyasi məqsədlərə xidmət edir. Azərbaycanbeynəlxalq hüquq normalarına sadiq qalaraq, öz suverenliyini təminedib və bölgədə sülhün bərqərar olmasına töhfə verib.

ABŞ Konqresinin müəyyən üzvlərinin bu cür birtərəfli mövqeləriregionda sülh və sabitliyə zərbə vurur. Azərbaycan öz ərazisindəqanunsuz olaraq yerləşdirilmiş erməni hərbi qüvvələrinə qarşıbeynəlxalq hüquqa uyğun olaraq əməliyyatlar keçirib. Ermənistan isəAzərbaycanın mülki əhalisinə qarşı illər boyu terror və zorakılıqtörədərək, beynəlxalq hüququ pozub. ABŞ Konqresi daxilində bəziüzvlərin bu reallıqları görməzlikdən gəlməsi isə regionda vəziyyətidaha da mürəkkəbləşdirir.

Nəticədə ABŞ Konqresində irəli sürülən bu kimi təkliflər vəməktublar qərəzli mövqeyin göstəricisidir və regionda sülhünbərqərar olmasına kölgə salır. ABŞ-ın regionda sülhü təmin etməküçün tərəfsiz və ədalətli mövqedə olması isə ən vacib amillərdənbiridir.

Müxtəlif beynəlxalq təşkilatlar və Qərb dövlətləri tərəfindənaparılan anti-Azərbaycan kampaniyaları, xüsusən də ABŞ DövlətDepartamentinin Azərbaycana qarşı təzyiqləri Prezident Əliyevinçıxışında açıq şəkildə ifşa edildi. "Onlar özlərinəməktublar yazıb, bizə hədələr yönəldirlər, bizə ittihamlar irəlisürürlər", - deyə dövlət başçısı bu qeyri-səmimi siyasətitənqid etdi.

Bu təzyiq kampaniyasının, xüsusilə də BMT-nin COP29 sammitiərəfəsində Azərbaycanın beynəlxalq səviyyədə uğurlarını kölgəsalmaq məqsədi daşıdığı göz qabağındadır. ABŞ Konqresininpro-erməni üzvləri tərəfindən irəli sürülən Azərbaycanın hərbicinayətlərdə ittiham edilməsi və saxta bəyanatların ABŞ DövlətDepartamenti tərəfindən dəstəklənməsi də Prezident Əliyevin ifadəetdiyi kimi açıq bir həqiqətdir. Bu kimi təxribatlar Qərbin ikilistandartlarını bir daha təsdiqləyir.

Prezident İlham Əliyev, həmçinin, Ermənistanın təhlükəli oyunlaroynadığını xatırlatdı və onları İkinci Qarabağ müharibəsininnəticələrini unutmamağa çağırdı. O, Ermənistanın tarixi təkrarlamaqvə yenidən təhdidlər səsləndirmək cəhdlərinin sonda fəlakətlənəticələnəcəyini açıq şəkildə bəyan etdi.

Ali Baş Komandan Qərbin, o cümlədən Fransanın,Ermənistanı silahlandırmağa davam etdiyini və onların regiondamüharibə və xaos yaratmaqla öz maraqlarını irəli sürməyəçalışdığını qeyd etdi. Ermənistan bu oyunda sadəcə bir piyada kimiçıxış edir və bunun nəticələrini düzgün qiymətləndirə bilmir. AncaqBakı, hər zaman olduğu kimi, bölgədə sülh təşəbbüslərini irəlisürür, lakin hər cür hadisələrin inkişafına dahazırdır.

Dövlət başçısının qətiyyətli mesajları bir daha göstərdi ki,Azərbaycan öz müstəqillik yolundan geri çəkilməyəcək və hər biraddımda milli maraqlarını qoruyacaq. Bu, yalnız ölkəmizinsuverenliyinin bərpası məsələsi deyil, həm də beynəlxalq hüquqprinsiplərinin müdafiəsi üçün mübarizədir.

Azərbaycan hər zaman öz torpaqlarını qorumağa hazırdır və heçvaxt öz missiyasından geri çəkilməyəcək.

phrase_var_article.chosen
102
50
az.trend.az

10phrase_var_article.sources