AZ

“Qartal” “Kəpəz”i “qanına qəltan etdi” - REPORTAJ

Zirə - Kəpəz (Gəncə) 3:0 (1:0)
13. Aydın Bayramov – 6,0
7. Məqsəd İsayev – 6,0
32. Qismət Alıyev (k) – 6,0
8. İsmayıl İbrahimli – 5,5
(17. Ayron Qomis, 76) – qiymətsiz
11. Rüstəm Əhmədzadə - 6,5
29. Ceyhun Nuriyev – 5,5
(10. Georgi Papunaşvili, 62) – 4,5
4. Ruan Renato – 6,0
23. Rafael Utziq – 6,0
(18. Junior Martins, 76) – qiymətsiz
3. Ange Mutsinzi – 6,0
6. Eldar Quliyev – 6,0
(21. Hacıağa Hacılı, 83) – qiymətsiz
19. Salifu Suma – 4,5
(90. Davit Volkov, 46) – 6,0
Ehtiyat oyunçular
41. Anar Nəzirov
16. Fuad Bayramov
14. Elçin Əlicanov
22. İlqar Alekperov
5. Stefan Aka
15. Pyer Zebli
28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Rüstəm Əhmədzadə

1. Rojerio Santos – 4,5
7. Ehtiram Şahverdiyev – 5,0
(80. Tural Rzayev, 76) – qiymətsiz
99. Əli Səmədov – 5,0
12. Turan Manafov – 5,5
70. Nicat Suleymanov – 5,0
(21. Camal Cəfərov, 57) – 4,5
5. Rauf Hüseynli – 5,0
26. Valdemar Almeyda – 5,5
(6. Nemət Musayev, 82) – qiymətsiz
9. Luis Paçu – 5,5
(15. Cavad Kərimov, 76) – qiymətsiz
29. Dioqo Verdaska – 5,5
78. Yeqor Kvalko (k) – 6,0
19. Lassana Ndiaye – 5,5
(11. Orxan Əliyev, 57) – 4,5
Ehtiyat oyunçular 
22. Məmməd Hüseynov
2. İlkin Qırtımov
20. Mahir Həsənov
17. Ümid Səmədov
28. Redon Mihana
10. Karim Lkouça
77. Viktor Braqa
Baş məşqçi: Azər Bağırov 
Komandanın ən yaxşısı: Yeqor Xvalko 

Qollar: C.Nuriyev, 42 (1:0, R.Utziq). R.Əhmədzadə, 51 (2:0, E.Quliyev). D.Volkov, 57 (3:0, Q.Alıyev). 
Vərəqələr: S.Suma, 17 (qeyri-idman hərəkəti). Ə.Səmədov, 38 (qeyri-idman hərəkəti) - sarı. 
Hakimlər: RAUF CABBAROV, Eyyub İbrahimov, Şirmamed Mamedov, Əli Əliyev (hamısı Bakı). 
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Akif Əmirəli (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
28 sentyabr. Zirə. İdman Kompleksinin stadionu. 500 tamaşaçı (1500 yerlik).
Birinci hissəyə 5, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.


Hər komandanın özünə görə hədəfi var. Təbii ki, “Zirə” ilə “Kəpəz” də bu mənada istisna deyil. Bir tərəfdə son turlarda yaxşı nəticə göstərən, iddiasını gizlətməyən “Zirə”, o biri tərəfdə isə məğlubiyyətsiz oyunlar seriyasını qıra bilməyən “Kəpəz” var idi.

“Qartallar”ın ciddi təzyiqi ilə müşayiət olunan üstün oyunu “sarı-göylər”ə çətin anlar yaşatdı. 23-cü dəqiqədə Suma topu sol ayağına çəkərək Ceyhun Nuriyevə doğru ötürmə verdi. Ceyhun incə zərbə ilə topu tora qovuşdurmaq istəsə də, qolkiper yerində idi. 42-ci dəqiqədə Utziq iki rəqibdən yayınıb topu Ceyhuna yönəltdi. Nuriyev başla zərbə endirərək topu tora qovuşdurdu -1:0. Hissəsin sonuna qədər başqa təhlükəli epizod olmadı. İkinci hissə ilk yarı ilə müqayisədə daha canlı keçdi. 51-ci dəqiqədəEldar Quliyev topu önə yolladı. Burda topu qəbul edən Rüstəm Əhmədzadə bir qədər irəliləyib “çərçivə”ni dəqiq nişan aldı. Bu zaman son toxunuşu Volkov etsə də, top artıq qapı xəttini keçmişdi. Beləliklə, qol Rüstəmin hesabına yazıldı.

Cəmi 6 dəqiqə sonra fərq darmadağın həddinə çatdı. Qismət Alıyev “Kəpəz”in müdafiə xəttini yararaq cərimə meydançasına doğruötürmə verdi. Volkov baş zərbəsi ilə topu tora qovuşdurdu – 3:0. Nəhayət, gürcüstanlı hücumçu bu dəfə fərqlənməyə nail oldu. Gəncəlilər fərqi azaltmaq üçün irəli atıldı. 59-cu dəqiqədə “Kəpəz”də debüt oyununa çıxan Paçuya qarşı qayda pozuldu. Turan Manafov birbaşa qapıya zərbə vursa da, qolkiper Aydın Bayramov yumruqları ilə topu uzaqlaşdırdı. 67-ci dəqiqədə “Zirə” növbəti dəfə də fərqlənsə də, yan xətt hakiminin bayrağı havada idi. Daha dəqiqi, Manafovun topu itirməsindən istifadə edən Volkov dərhal Rüstəmə ötürmə etdi. Rüstəm topu tora qovuşdursa da, Volkovun ötürməsi zamanı top xətti keçmişdi. 73-cü dəqiqədə Orxan Əliyev cərimə meydançasına doğru ötürmə verdi. “Sarı-göylər”in kapitanı Xvalko başla zərbə endirsə də, Aydın Bayramov bu dəfə də təslim olmadı.

Beləliklə, cari mövsümdə 5-ci qələbəsini qazanan “Zirə” 3-cü pilləyə yüksəldi.

Gözdən qaçmadı
* “Qartallar” və “Xəmsə” azarkeş qrupu komandalarını axıra qədər dəstəklədilər.
* “Zirə” 3-cü topu “Kəpəz”in qapısından keçirəndən sonra “Xəmsə” “İlqar istefa” dedi.

Seçilən
12
football-plus.az

1Mənbələr