AZ

05 oktyabr Beynəlxalq Müəllimlər günüdür

Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, YAP Naftalan şəhər təşkilatının dəstəyi ilə 05 oktyabr “Beynəlxalq Müəllimlər günü” münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, Şəhər Ağsaqqallar Şurasının sədrləri, Heydər Əliyev Mərkəzinin, tam orta məktəblərin direktorları və müəllimlər iştirak edib.

Tədbirdə çıxış edənlər müəllimləri təbrik edib, cəmiyyətin tərəqqisində, bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu, Ümummilli Lider Heydər Əliyevin müəllim əməyini yüksək qiymətləndirdiyini qeyd ediblər. Prezident cənab İlham Əliyevin müdrik siyasəti ilə ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, söhbət açılıb. Qeyd edilib ki, hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. İşğaldan azad edilmiş ərazilərimizdə məktəblərin, eləcə də yeni tədris ilində Qarabağ Universitetinin fəaliyyətə başlamasının böyük iftixar hissi olduğu qeyd edilib.

Çıxış edən müəllimlər Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıb, təhsil işçilərinə göstərilən dəyərə görə dövlət başçısına minnətdarlıq ifadə ediblər.

Tədbirdə bir qrup müəllimlər Fəxri Fərmanla təltif olunublar.

Seçilən
34
naftalan-ih.gov.az

1Mənbələr