AZ

"Ermənistan Kremlin kurasiyasına qayıdır, Bakıya buna görə “yox” deyir" - Tofiq Zülfüqarov

"II Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin 10 noyabrından Azərbaycanla Ermənistan arasında danışıqlar gedir. 4 ildir aparılan danışıqlarda müxtəlif mövzular aktuallaşıb. Bu da normal siyasi prosesdir. Rəsmi Bakı öz növbəsində İrəvanın mövqeyini daha yaxından öyrənmək üçün imkanlar qazanıb. Bu baxımdan sülh sənədinin bu və ya digər formada redaktə olunması normaldır".
 
Moderator.az xəbər verir ki, bunu Teleqraf.com-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
 
O qeyd edib ki, Ermənistanın daxili və xarici siyasəti kənar təsirlərdən asılıdır:
 
“Əvvəl bu ölkəni himayə edən Rusiya idi. İndi isə İrəvan təzə sponsorlarla öz siyasətini həyata keçirmək istəyir. Bunun üçün də Qərbə üz tutub axtarışlar edir. Ermənistan bu axtarışlardan lazımi nəticə əldə etmədikdən sonra yenidən Rusiyanın kurasiyasına qayıtmaq istəyir”.
 
Sabiq nazir hesab edir ki, Kreml bu xüsusda Ermənistana Qərb platformasında Azərbaycanla hansısa sənədə imza atmağa icazə vermir:
 
“Bu kontekstdən İrəvan Moskvanın tapşırıqlarını icra edərkən günahı Azərbaycanın üzərinə atmaq istəyir. Bu da Nikol Paşinyanın növbəti oyunudur. Amma ümumilikdə ortada olan sənəd gələcək danışıqların hüquqi-siyasi çərçivəsini formalaşıdıracaq əsasa malikdir”.
 
Tofiq Zülfüqarova görə, Azərbaycan sülh sənədində bir çox mövzuların yer almasını istəyir:
 
“Burada siyasi-hüquqi məsuliyyət məsələsi də əsas şərtdir. Ermənistan isə məsuliyyətdən boyun qaçırmaq üçün Azərbaycanın qanuni, məntiqi tələblərini özünə xas formada şərh etməyə çalışır. Sözsüz ki, erməni tərəfinin növbəti təxribatı və yalançı siyasəti heç kəsi aldada bilməyəcək”.
 
 
 
phrase_var_article.chosen
38
1
moderator.az

2phrase_var_article.sources