AZ

“Şuşa İslam dünyasının mədəniyyət paytaxtı” adlı kitab sərgisi açılıb

Bakı, 5 oktyabr, AZƏRTAC

X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxananın ekspozisiyasında “Şuşa İslam dünyasının mədəniyyət paytaxtı” adlı kitab sərgisi təşkil olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərginin açılışında Şuşanın azad olunmasında fədakarlıq göstərmiş xüsusi təyinatlıların komandiri və Şuşaya Azərbaycan Bayrağını sancan polkovnik Rəşad Aslanov, 44 günlük Vətən müharibəsinin qəhrəmanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgidə Şuşanın tarixi, mədəniyyəti və incəsənətinə dair Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, həmçinin Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı görkəmli şəxslərinin biblioqrafiyaları və musiqi notları nümayiş olunub.

 

Seçilən
14
2
azertag.az

3Mənbələr