AZ

Əli Zeynal: "Bizim həbsimiz İlham Əliyevin sifarişidir"

"Bizim həbsimiz siyasidir və birbaşa İlham Əliyevin sifarişidir. Ona görə də sizə həbsin müddətini uzatmaqla bağlı sifariş verilibsə, onu icra edəcəksiniz. Məhkəmənin girişində "Ədalət" sözü qeyd edilib, amma burada ədalət yoxdur, sifariş var". 

Bunu "Toplum TV işi" üzrə həbsdə olan üzvü Əli Zeynal məhkəmə Əli Zeynal məhkəmədə deyib. 

Toplum TV işi üzrə saxlanılan 7 nəfərin haqqındakı həbs qətimkan tədbiri daha üç ay uzadılıb. 

Bununla bağlı Xətai Rayon Məhkəməsi oktyabrın 3-də qərar verib.   

Bu işlə bağlı doqquz nəfərə cinayət işi açılıb, onlardan iki nəfər polis nəzarətinə verilsə də, yeddi nəfər həbsdədir: III Respublika Platformasının spikeri Akif Qurbanov və adıçəkilən qurumun qurucu üzvü Ruslan İzzətli, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal.

Təqsirləndirilən şəxslər qaçaqmalçılıqda ittiham olunurlar, özləri ittihamları rədd edir, həbslərinin siyasi sifariş olduğunu bildirirlər.
phrase_var_article.chosen
141
arqument.az

1phrase_var_article.sources