AZ

Müdafiə Nazirliyi məlumat yaydı - Foto

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qaravul Xidmətləri, Daxili Xidmət nizamnamələrinin layihələrinin hazırlanması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən yaradılan işçi qrupunun görüşü keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə keçirilən görüşdə Silahlı Qüvvələrin aidiyyatı qurumlarının məsul vəzifəli şəxsləri qeyd olunan nizamnamələrin təkmilləşdirilməsi məqsədilə görüləcək işlər barədə müzakirə aparıblar. vakansiya

Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan islahatlar, əldə edilən uğurlar və tətbiq edilən yeniliklər istifadədə olan hərbi nizamnamələrin müasir dövrün tələblərinə uyğunlaşdırılmasını və təkmilləşdirilməsini zəruri edir.

Bundan başqa, görüşdə nizamnamələrin təkmilləşdirilməsinə əsas verən digər səbəblər və məqsədlər, həmçinin işçi qrupunun fəaliyyət istiqamətində görüləcək işlər zamanı inkişaf etmiş ölkələrin ordularının təcrübələrindən yararlanmağa dair ətraflı fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Seçilən
52
3
yenisabah.az

10Mənbələr