AZ

Katya Tsilosani: Avropa Şurasının əsas dəyəri hər bir üzv dövləti müzakirələrə cəlb etməkdir

Katya

Strasburq, 5 oktyabr, AZƏRTAC,

Azərbaycan nümayəndə heyəti olmadan ölkə ilə bağlı hər hansı debatın keçirilməsi məntiqə uyğun deyil. Nümayəndələri olmayan ölkənin məsələsini müzakirə edə bilmərik və etməməliyik. Avropa Şurasının əsas dəyəri hər bir üzv dövləti müzakirələrə cəlb etməkdir. Hər bir ölkə müzakirələrdə iştirak etməlidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Katya Tsilosani söyləyib.

“Hesab edirəm ki, ölkənin nümayəndə heyəti olmadıqda həmin ölkə ilə bağlı müzakirələr aparmamalıyıq. Zənnimcə, əməkdaşlıq üçün inklüzivlik ekslüzivlikdən daha yaxşıdır. Gürcüstan nümayəndə heyəti kimi vasitəçiliyə və dialoqun bərpasına kömək etməyə hazırıq. Bir-birimizə etinasızlıq göstərməkdən, bir-birimizdən uzaqlaşmaqdansa, birlikdə olmağımız lazımdır. Ümid edirəm və inanıram ki, Azərbaycanın yeni seçilmiş parlamentariləri 2025-ci ilə qədər AŞPA-da öz yerlərini tutacaq və biz birlikdə işləyəcəyik. Azərbaycan nümayəndə heyəti öz xalqını Avropa Şurası Parlament Assambleyasında təmsil etməlidir”, - deyə gürcü deputat vurğulayıb.

 

Seçilən
16
50
azertag.az

10Mənbələr