Bakı. Trend:
Qərbi Azərbaycan İcması Fransanın Azərbaycanın imicini ləkələməkməqsədilə COP29-un keçirilməsinə az qalmış daha da gücləndirdiyiəbəs səyləri qınayır.
Trend xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasınınbəyanatında yer alıb.
"Düçar olduğu uğursuzluqlardan getdikcə daha da ümidsizləşənFransa ucuz təxribatlara əl atmaqdadır. Son olaraq, Bordo şəhərininmerinin müavini Loran Qiyominin COP29-a qatılmaq bəhanəsi iləelektrik velosipedi ilə Avropa səyahəti şousu belə bir təxribatnümunəsidir. Bu, ötən il Fransa şəhərlərinin merlərinin Laçınkeçidi ətrafında qurduqları ucuz şounun davamıdır. Fransanın bu cürdayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif vəhaqsız olduğunu göstərir".
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bu cür ucuzşoulara inanmamağa və Azərbaycanın iqlim dəyişikliyi ilə bağlıqlobal çağırışların həllində önəmli rol oynadığı bir dövrdəölkəmizə dəstək verməyə çağırır.