AZ

Netanyahudan Makrona: "Ayıb olsun!"

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronun İsrailə silah tədarükünü dayandırmağa çağıran açıqlamasına sərt cavab verib.

 

Modern.az xəbər verir ki, Netanyahu bu barədə sosial media hesabında yazıb.

 

“Biz İranın başçılıq etdiyi qüvvələrə qarşı mübarizə apararkən, bütün sivil dövlətlər İsrailin yanında möhkəm dayanmalıdır. Bununla belə, prezident Makron və bəzi digər Qərb liderləri indi İsrailə silah embarqosu tətbiq etməyə çağırırlar. Ayıb olsun!”, - Netanyahu bildirib.

Seçilən
58
22
modern.az

10Mənbələr