"İnter"in (hazırki "Şamaxı") sabiq vitse-pezidenti və baş məşqçisi Anatoliy Konkov vəfat edib.
Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyası məlumat yayıb.
2004-06-cı illlərdə Bakı klubuna rəhbərlik edən mütəxəssis 75 yaşında dünyasını dəyişib.
Konkov 2004-2006-cı illərdə "İnter"də çalışıb. Komanda onun rəhbərliyi altında 2004/05 mövsümündə Azərbaycan kubokunun finalçısı olub.
O, keçmiş SSRİ-nin heyətində 1972-ci il Avropa çempionatında gümüş, 1976-cı ildə Olimpiya Oyunlarında bürünc medal qazanıb
. Konkov Kiyev "Dinamo"sunda 4 dəfə SSRİ çempionu olub, Konkov 2012-2015-ci illərdə Ukrayna Futbol Federasiyasına rəhbərlik edib.