AZ

Azərbaycan klubu Avrokubok oyununda QALİB GƏLDİ

Qadın həndbolçulardan ibarət “Qarabağ” avrokubok mövsümünə start verib.

Bizim.Media xəbər verir ki, təmsilçimiz Avropa kubokunun 2-ci mərhələsinin ilk oyununa çıxıb.

“Qarabağ” Lüksemburqun “Differdanj” klubu ilə üz-üzə gəlib. Bugünkü görüşdə meydan sahibi olan təmsilçimiz qələbə qazanıb.

Qeyd edək ki, sabah baş tutacaq cavab oyunu da Bakıda keçiriləcək.

Avropa kuboku

2-ci mərhələ, ilk oyun

5 oktyabr

14:45. “Qarabağ” (Azərbaycan) – “Differdanj” (Lüksemburq) - 27:24 (16:14)

Hakimlər: Svetoslav Yovçev, Zvezdalin Yonçev (hər ikisi Bolqarıstan)
Bakı. AHF Arena

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
48
bizim.media

1Mənbələr