AZ

Azərbaycanda titullu klub 29 ildən sonra "dirildi" - FOTO

Bugünlərdə Azərbaycanda daha bir futbol klubu futbol səhnəsinə dönüb.

İmişli «Lokomotiv»indən sonra «İnşaatçı» da fəaliyyətini bərpa edib.

29 illik aradan sonra geri dönən Bakı təmsilçisi gələn mövsüm Region Liqasında mübarizə aparacaq. AFFA «inşaatçılar»ın çempionatda iştiraka dair müraciətinə miüsbət cavab verib.

«İnşaatçı» 1935-ci ildə Bakı şəhərində yaranıb. Müxtəlif vaxtlarda 4 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak edib.

1992-ci ildə ilk Azərbaycan Kubokunun qalibi olub. Klub maliyyə problemlərinə görə 1995-ci ildə çıxışını dayandırıb.

SPORTİNFO.AZ

Seçilən
25
sportinfo.az

1Mənbələr