Qadın həndbolçulardan ibarət “Qarabağ” avrokubok mövsümündə ikinci sınağına çıxacaq.
İdman.biz xəbər verir ki, ilk qarşılaşmada qələbə qazanan təmsilçimiz Avropa kubokunun 2-ci mərhələsində “Differdanj”la cavab oyunu keçirəcək.
Lüksemburq klubu ilə matç da Bakıda baş tutacaq. Amma “Qarabağ” bu oyunda nominal qonaq sayılacaq.
Qeyd edək ki, 3-cü mərhələnin matçları noyabrın 10-16-da keçiriləcək.
Avropa kuboku
2-ci mərhələ, cavab oyunu
6 oktyabr
14:45. “Differdanj” (Lüksemburq) - “Qarabağ” (Azərbaycan)
Hakimlər: Svetoslav Yovçev, Zvezdalin Yonçev (hər ikisi Bolqarıstan)
Bakı. AHF Arena
İlk oyun – 24:27
İdman.biz