AZ

Messi öz rekordunu yenilədi

MLS-də müntəzəm çempionatın qalibi müəyyənləşib.

“İnter Mayami” ABŞ-nin yüksək liqasında birinci mərhələnin çempionluğunu rəsmiləşdirib.

Xerardo Martinesin komandası 35-ci turda səfərdə Şərq konfransındakı ən yaxın izləyicisi “Kolumbus Kryu”ya qalib gələrək (3:2) azarkeşlərini erkən sevindirib.

Vacib oyunda Lionel Messi dubl edib, mayamililərin digər qolunu isə Luis Suares vurub. Bu qələbə ilə xalını 68-ə çatdıran “İnter Mayami” müntəzəm çempionatın sonuna 2 tur qalmış çempion olub.

Qeyd edək ki, mayamililərin heyətində Messi və Suaresdən başqa, onların “Barselona”dan olan sabiq komanda yoldaşları Serxio Busketslə Jordi Alba da çıxış edir.

Messinin uğurlarla zəngin olan karyerası ərzində 46-cı titulu qazandığını xüsusi qeyd edək. O, bununla futbol dünyasında ən titullu oyunçu kimi rekord göstəricisini bir qədər də yeniləyib.

Yeri gəlmişkən, Lionel müəyyən fasilədən sonra Argentina yığmasına qayıdıb. O, milli komandanın DÇ-2026-nın seçmə mərhələsinin Venesuela və Boliviya ilə növbəti matçları üçün açıqlanan heyətinə daxil edilib. 37 yaşlı futbolçu zədə səbəbindən bir müddət yığmadan uzaq qalmışdı.

Seçilən
24
football-plus.az

1Mənbələr