AZ

Netanyahudan Makrona sərt cavab

İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronun Qəzzadakı münaqişənin həlli üçün İsrailə silah tədarükünü dayandırmağa çağıran bəyanatlarına sərt cavab verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, bütün ölkələr İranın başçılıq etdiyi “barbarlıq qüvvələri” ilə mübarizə apararkən İsrailin yanında möhkəm dayanmalıdır.

Netanyahu hesab edir ki, Makron və bir sıra digər Qərb liderləri İsrail tərəfini silah embarqosuna çağırırlar.

“Onlara ayıb olsun”, – deyə baş nazir bildirib.

O, Qərbin köməyi olmadan İsrailin bütün rəqiblərini məğlub edəcəyini iddia edir.

Oktyabrın 5-də Makron İsrailə Qəzza zolağında hərbi əməliyyatlar aparmaq üçün istifadə edilən silahların tədarükünü dayandırmağa çağırıb.

Seçilən
91
22
nocomment.az

10Mənbələr