AZ

Qazaxıstanda yanacaq problemi yaranıb?

Atırau neft emalı zavodunda oktyabrın 1-dən başlayan təmir işlərinə baxmayaraq, Qazaxıstanda yanacaq çatışmazlığı yoxdur.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Almasadam Satqaliyev deyib.

“Hal-hazırda heç bir problem yoxdur. Bizim 27 gündən çox dizel yanacağı və benzin, 45 gündən çox təyyarə yanacağı ehtiyatımız var. Əminik ki, heç bir problem olmayacaq. Bəzi rayonlarda maye qaz çatışmazlığı səbəbindən yanacaqdoldurma məntəqələrində problemlər yaranıb. Yağışların yağması ilə əlaqədar olaraq, rayonlarda kənd təsərrüfatı istehsalçıları taxıl və paxlalı bitkilərin qurudulması üçün əlavə həcmdə maye qaz tələb ediblər ki, bu da müəyyən edilmiş qrafiklərə uyğun həyata keçirilir”, - Satqaliyev bildirib.

Seçilən
11
axar.az

1Mənbələr