AZ

Lionel Messi “Toronto” üzərində qələbəyə sevindi

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, “İnter Mayami” MLS-in müntəzəm mövsümünün Şərq konfransında növbəti tur çərçivəsində “Toronto” ilə qarşılaşıb.

“İnter Mayami” səfərdə baş tutan bu oyundan 1:0 hesabıyla qalib ayrılıb. Messi bu oyunun 61-ci dəqiqəsində, hesab 0:0 olarkən meydana buraxılıb. Argentinalı ulduzun komandası qələbə qolunu 90+3-cü dəqiqədə vurub.

Bu qələbədən sonra xallarının sayını 71-ə çatdıran “İnter Mayami” müntəzəm mövsümün bitməsinə 1 tur qalmış MLS-in Şərq konfransının vahid lideridir.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 19 qol vurub və 13 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 35 oyun, 30 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 187 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Seçilən
44
12
arena.az

10Mənbələr