Rusiya MN Avropadan gələn sursatla dolu gəminin vurulduğunu iddia edir
Rusiya Müdafiə Nazirliyi Avropadan Ukraynaya göndərilən sursatla dolu gəminin vurulduğunu bəyan edib.
Yeniavaz.com xəbər verir ki, Nazirlik gəminin “İsgəndər-M” raketi ilə vurulduğunu iddia edir.
Bildirilib ki, “İsgəndər-M” kompleksinin Rusiya ekipajı Odessa vilayətinin Yujnı limanında Avropadan gələn döyüş sursatları olan gəmini məhv edib.
Nazirliyin məlumatına görə, raket zərbəsi yükün boşalması zamanı həyata keçirilib.
Ukrayna tərəfi hələ ki, məsələyə münasibət bildirməyib.