AZ

Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə bağlı xəbərləri təkzib etdi

Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayacaq.

Adalet.az xəbər verir ki, bunu partiyanın icraçı katibi Mamuka Mdinaradze müvafiq şayiələrə münasibət bildirərkən deyib.

“Agentlər antimilli söz-söhbətlərlə seçkilərə təsir göstərməyə çalışırlar ki, “Gürcü arzusu” Abxaziyanın və qondarma Cənubi Osetiyanın müstəqilliyini tanımaqla və ölkənin konfederal strukturuna keçməklə ölkəni birləşdirəcək”, - deyə o, Feysbukda yazıb.

“Heç bir tanınma və ya oxşar antimilli məsələlər nəzərdən keçirilmir, o cümlədən konfederasiyaya razılıq, bu da işğal olunmuş ərazilərin tanınması deməkdir”, Mdinaradze qeyd edib.

phrase_var_article.chosen
206
3
adalet.az

4phrase_var_article.sources