Türkiyənin Çanaqqala şəhərinin sahilində 4,2 maqnitudalı zəlzələ olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Ayvacık rayonundan 52,08 km məsafədə – Egey dənizində qeydə alınıb. Agentliyin verilənlərinə görə, zəlzələnin ocağı 24,16 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.