Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın əvvəlində Rusiyaya səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, siyasətçinin Moskvaya işgüzar səfəri oktyabrın 7-8-də baş tutacaq. Bu zaman Mirziyoyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
Mirziyoyev sonuncu dəfə mayın 8-də Rusiya paytaxtına uçub. Sonra Avrasiya İqtisadi İttifaqının zirvə toplantısında müşahidəçi dövlətin başçısı kimi və Qələbənin 79-cu ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edib.