AZ

"Beşiktaş"ın baş məşqçisi: ""Panika"ya səbəb yoxdur''

"Beşiktaş"ın baş məşqçisi Giovanni Van Bronckhorst "Qaziantep"lə oyunda son dəqqiədə xal itirmələrini təsadüf sayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 1:1 hesabla bitən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Covanni Van Bronckhorst deyib ki, böyük komandalar hər zaman yaxşı oynamağa məcburdur: "Harada oynamağınızdan asılı olmayaraq, hansı matça çıxmağınıza çıxmamaızdan asılı olmayaraq, böyük komandalar hər zaman əla performans göstərməlidir. Bu gün bizim üçün də çətin matç oldu. Döyüşdük, mübarizə apardıq, amma son anda top rəqibə qol vurması üçün şanslı, lazım olan yerə düşdü...”.

Van Bronckhorst bildirib ki, komandanın formalaşması üçün hələ çox şeylər var: "Hələ məğlub olmadıq. Ona görə "panika"ya düşməyə ehtiyac, heç bir səbəb yoxdur. Liqanın üçüncü mərhələsinə başlayacağıq. İrəlidə daha çox matçımız var".

Fərid Aslan

MİA.AZ

Seçilən
22
mia.az

1Mənbələr