AZ

A Seriyası: “Yuventus”la “Roma” büdrədi, “Milan” uduzdu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 7-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Bolonya” – “Parma” matçında qapılara qol vurulmayıb. “Montsa” – “Roma” və “Yuventus” – “Kalyari” matçlarında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Latsio” doğma meydanda “Empoli” üzərində qələbəyə sevinib. “Fiorentina” da “Milan”ı xalsız yola salıb.

Beləliklə, 7 turdan sonra 16 xala malik “Napoli” vahid liderdir. Son çempion “İnter” 14 xalla 2-ci pillədə qərarlaşıb. “Yuventus”, “Latsio” və “Udineze” 13, “Milan” və “Torino” 11, “Atalanta”, “Roma”, “Empoli” və “Fiorentina” 10 xal toplayıblar.

İtaliya, A Seriyası
7-ci tur
4 oktyabr

Napoli – Komo 3:1
Qollar: Maktominey, 1. Lukaku, 53-pen. D.Neres, 86 – Stefessa, 43.

Verona – Venesiya 2:1
Qollar: Tengstedt, 9. Yoronen, 81-öz qapısına – Oristanio, 3.

5 oktyabr

Udineze – Leççe 1:0
Qol: Zemura, 75.

Atalanta – Cenoa 5:1
Qollar: Reteqi, 24; 50; 74. Ederson, 60. De Ron, 80 – Ekhator, 83.

İnter – Torino 3:2
Qollar: M.Turam, 25; 35; 60 – Sapata, 36. Vlaşiç, 86.

6 oktyabr

Yuventus – Kalyari 1:1
Qollar: Vlahoviç, 15-pen – Marin, 88-pen.

Bolonya – Parma 0:0

Latsio – Empoli 2:1
Qollar: Zakkayni, 45+4. Pedro, 84 – Espozito, 9.

Montsa – Roma 1:1
Qollar: Mota, 70 – Dovbik, 61.

Fiorentina – Milan 2:1
Qollar: Y.Adli, 35. Qudmundsson, 73 – Pulişiç, 60.

Seçilən
54
1
arena.az

2Mənbələr