AZ

İranın hava limanları fəaliyyətlərini bərpa edib - YENİLƏNİB

İranda oktyabrın 7-si səhərə qədər hava nəqliyyatına qoyulan məhdudiyyətlər aradan qaldırılır.

“Far.Az” IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazerlu bildirib.

“İstismar maneələrinin aradan qaldırılması ilə əlaqədar olaraq, bu gün saat 23:00-dan (Bakı vaxtı ilə saat 23:30) uçuşlar üzrə əvvəlcədən elan edilmiş məhdudiyyətlər ləğv olunub”, - o deyib.

06.10.2024. 20:01

İran oktyabrın 7-si səhərə qədər bütün hava limanlarından uçuşları ləğv edib.

"Far.Az" xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

İranın Mülki Aviasiya Təşkilatının qərarı ilə uçuşlar oktyabrın 6-sı Bakı vaxtı ilə saat 21:30-dan oktyabrın 7-si saat 06:30-a kimi ləğv olunub.

Qərara səbəb əməliyyat məhdudiyyətləridir.

Xatırladaq ki, oktyabrın 1-i İran İsrailə raket zərbələri endirdikdən sonra uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq etmişdi. Oktyabrın 2-də qadağa daha bir gün uzadılıb.

phrase_var_article.chosen
72
1
far.az

2phrase_var_article.sources