Bu gün İspaniya La Liqasında 9-cu turun 4 oyunu keçirilib.
QOL.az xəbər verir ki, “Barselona” səfərdə “Alaves”lə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb. Matçda Robert Levandovski het-trik edib.
“Atletiko” isə səfərdə “Real Sosyedad”la heç-heçə edib.
Hazırda turnir cədvəlində "Barselona" 24 xalla 1-cidir. 2-ci yeri 21 xalla "Real" tutur. "Atletiko" isə 17 xalla 3-cüdür.
İspaniya La Liqası, 9-cu tur
6 oktyabr
"Jirona" – "Atletik" - 2:1
Qollar: Aspirilla, 39, Stuani, 90+9 – Sanset, 41
"Alaves" – "Barselona"- 0:3
Qollar: Levandovski, 7, 22, 32
"Sevilya" – "Betis" - 1:0
Qol: Lukebakio, 50-pen.
"Real Sosyedad" – "Atletiko" - 1:1
Qollar: Suçiç, 84 – Y.Alvares, 1