AZ

Bakı sakini bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bakının Xəzər rayonunda 44 yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü Cəfərov Şahpur Yusif oğlu dava zamanı hələlik naməlum olan şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, o əməliyyat olunub və hazırda vəziyyəti ağır olaraq qalır.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Seçilən
47
4
apa.az

6Mənbələr